Robbi Kinin “Beşiktaş”a keçidi baş tutmadı
02.09.2010 - 09:18
“Tottenhem”in hücumçusu Robbi Kinin “Beşiktaş”a keçidi baş tutmadı. Apasport.az saytının məlumatına görə, İrlandiya yığmasının kapitanı İstanbul təmsilçisinin heyətində oynamaqdan imtina edib.
“Beşiktaş” rəhbərliyi Kinin transferi üçün 8 milyon funt sterlinq verməyə hazır idi. Robbi isə imzalayacağı üç müqaviləyə görə yüksək məbləğ qazanacaqdı. Ancaq təcrübəli hücumçu onu daha çox ehtiyatda saxlayan baş məşqçi Harri Rednappın sərəncamında qalmağa razılıq verib.
Qeyd edək ki, “Beşiktaş”ın son transferi hücumçu, Rusiyanın “Rubin” klubundan aldığı təcrübəli Fateh Təkkə olub.

0
0