Albaniya yığması bu gün Bakıya gəlir
02.09.2010 - 09:27
Albaniya yığması bu gün Bakıya gəlir
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Albaniya millisi bu gün saat 19:00-da Bakıda olacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Albaniya yığması ilk məşqini sentyabrın 3-də, saat 9:00-da Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçəcək. Qonaqlar ikinci hazırlıqlarını isə həmin gün saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda davam etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan və Albaniya görüşü sentyabrın 4-də baş tutacaq.