“Turan”ın baş məşqçisi kimdir?
02.09.2010 - 16:12
“Baş məşqçi mənəmsə, Revaz Dzodzuaşvili komandaya məsləhətçi kimi dəvət edilib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Sakit Alıyev deyib.
Bir müddət əvvəl “Turan”ın məsləhətçisi təyin edilən gürcü mütəxəssisin baş məşqçi funksiyasını da icra edəcəyi ilə bağlı fikirlər səslənir. Hətta artıq Sakit Alıyevin istefaya göndərildiyi, Dzodzuaşvilinin isə məsləhətçi olmaqla yanaşı, komandanın “sükanı” arxasına keçəcəyi vurğulanır. Ancaq Alıyev postuna qaldığını, komandanın məşq prosesinə də özünün nəzarət etdiyini deyib: “Revazın klubun prezidenti Musa müəllimlə (Musa Süleymanov) yaxşı münasibəti var. Onun təcrübəsindən klubun inkişafı üçün yararlanmaq niyyətindəyik. Ancaq o, mənim işimə qarışmır. İndi məşqdən çıxıram. Məşq prosesini də özüm qururam və nəzarət edirəm. Sadəcə, bu söz-söhbəti yaymağın nə əhəmiyyəti var, onu anlaya bilmirəm”.
Yetirmələrinə gündə 2 dəfə məşq keçən çalışdırıcı yoxlama oyunu keçirmək niyyətində olmadıqlarını bildirib. Baş məşqçi zədə üzündən “Simurq”la matçı buraxan Muammer Erdoğdunun isə 4-5 günə hazır olacağını qeyd edib.

0
0