Löv Maurinyonu axmaq adlandırdı
02.09.2010 - 16:26
Löv Maurinyonu axmaq adlandırdı
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo yeni transfer Məsut Özili tənqid edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Almaniya vətəndaşlığını qəbul edən Özül və onun yığmada komanda yoldaşı Sami Hediranın “Real”a inteqrasiya olmaq istəməməyindən narazıdır.

Mourinyo gəlişindən sonra alınan cütlüyün dil problemindən ən çox gileylidir: “Mənə onlara tapşırıq vermək çətindir. Hər ikisi nə ingilis, nə ispan dilində danışır. Üstəlik, onlarda dil öyrənmək istəyi heç yoxdur. Bir otaqda qalırlar və yalnız öz aralarında danışırlar. Əgər Məsutla Sami dil öyrənməsələr, problemləri olacaq”.

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv isə futbolçuların müdafiəsinə qalxıb. Onun sözlərinə görə, Özillə Hediranın yalnız öz arasında danışması tamamilə normaldır: “İnsandan dörd həftəyə ispan dilini mənimsədiyini gözləmək, sadəcə, axmaqlıqdır. Mən öz oyunçularımla danışmışam. Onlar məni əmin edirlər ki, “Real”da yaxşı qəbul olunublar və komandada heç bir problemləri yoxdur”.