Pandev Azərbaycan çempionatında
02.09.2010 - 20:31
Məşhur makedoniyalı futbolçu Qoran Pandevin qardaşı Azərbaycan çempionatında oynamağa razılıq verib. Saşko Pandev Salyanın “Muğan” klubunun şərəfini qoruyacaq. Bu barədə apasport.az saytına “Muğan”ın vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. O, keçidin artıq rəsmiləşdiyini bildirib: “Məşhur Qoran Pandevin qardaşı olan Saşa ilə 1 illik müqavilə bağlamışıq. 23 yaşlı bu makedoniyalı hücuma meylli yarımmüdafiəçidir. Son vaxtlar vətənində çıxış edən Pandev vaxtilə Zaqreb “Dinamo”sunda da oynayıb. Ona ön xətdə böyük ümidlər bəsləyirik”.
Qeyd edək ki, Saşkonun böyük qardaşı Qoran ötən mövsüm İtaliya “İnter”inin heyətində ölkə çempionluğu və Çempionlar Liqasını qazanıb.
Qeyd edək ki, Saşkonun böyük qardaşı Qoran ötən mövsüm İtaliya “İnter”inin heyətində ölkə çempionluğu və Çempionlar Liqasını qazanıb.
0
0