Azərbaycandakı legionerlərin Avropa macəraları
04.09.2010 - 11:33
Azərbaycan milli çempionatında oynayan legionerlər Avro-2012-nin seçmə mərhələsində mübarizəyə başlayıblar. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçularının istirahət etdiyi ilk turda Unibank Premyer Liqasının əcnəbi iştirakçıları özlərini göstərmək imkanı qazanıblar. “Bakı”dan Aleksey Savinovla Vadim Borets, “Neftçi”dən İqro Mitrevski ilə Slavço Georgiyevski, “Qarabağ”dan Ansi Aqolli klublarında olduğu kimi, yığmada da əsas heyətdə əvəzedilməz futbolçu olduqlarını göstəriblər. Moldovanın özündən güclü sayılan Finlandiya üzərində qələbəsi günün diqqəti çəkən nəticələrindən saymaq olar ki, Alekseylə Vadim bunda iştirak edib. Ancaq bunda daha çox əməyi olan futbolçu kimi ötən mövsümə qədər ölkəmizdə oynayan moldovalı hücumçu Anatoli Doroşu saymaq olar. Finlərin qapısına 74-cü dəqiqədə 2-ci qolu vuran Doroş bir dəqiqə sonra əvəzlənib.
“Neftçi”nin bu yay transfer etdiyi makedoniyalı futbolçuları isə meydanı məğlub tərk edib. “İnter”in son transferi olan Filip Despotovski səfərdə Slovakiya yığmasına uduzduqları həmin görüşdə “fərqlənib”. Növbəti turda çempionatımızda debüt edəcək yarımmüdafiəçi sarı vərəqə ilə cəzalandırılan yeganə “legionerimiz” olub. Albanların Rumıniyadan heç-heçə ilə qayıtmasını yaxşı nəticə saymaq olar. Ancaq müdafiəçi Teli “Qarabağ”da əsas heyət oyunçusu olsa da, yığmada meydana çıxmaq şansı qazanmayıb.
Yayda “Neftçi”dən “İnter”ə keçən Dmitri Kruqlov yenə Estoniya yığmasının əsas heyətində yer alıb və İtaliyanın əzmkar qələbəsinə şahid olub. “İnter”in litvalı hücumçusu Robertas Poşkus Şotlandiya ilə görüşün son 19 dəqiqədə iştirak etsə də, qələbəyə töhfə verə bilməyib. “Neftçi”nin əsas qapıçısı olan həmyerlisi Paulius Qribauskasın adı isə ümumiyyətlə, oyunun protokoluna daxil edilməyib.
Ən acınacaqlı nəticə ilə latviyalı futbolçular üzləşib. Belə ki, “İnter”də də komanda yoldaşı olmuş Girts Karlsonla Andrey Rubins öz meydanlarında Xorvatiyaya böyük hesablı məğlubiyyətin acısını dadıblar. Onların hər ikisi əsas heyətdə meydana daxil olsalar da, ikinci hissədə əvəzləniblər.
Qeyd edək ki, Rubins yayda “İnter”dən “Qarabağ”a keçib.
Unibank Premyer Liqasında oynayan legionerlər Avro-2012-nin seçmə mərhələ oyunlarında
Moldova – Finlandiya – 2:0
Meydan sahiblərindən Aleksey Savinovla Vadim Borets (hər ikisi “Bakı”) 90 dəqiqə oynayıblar.
Estoniya – İtaliya - 1:2
Meydan sahiblərindən Dmitri Kruqlov (“İnter”) ilk 82 dəqiqədə meydanda olub.
Slovakiya – Makedoniya – 1:0
Qonaqlardan İqor Mitrevski ilə Slavço Georgiyevski (hər ikisi “Neftçi”) 90 dəqiqə oynayıb. Filip Despotovski (“İnter”) ilk 73 dəqiqədə meydanda olub, 54-cü dəqiqədə sarı vərəqə alıb.
Rumıniya – Albaniya – 1:1
Qonaqlardan Ansi Aqolli (“Qarabağ”) 90 dəqiqə oynayıb, Admir Teli (“Qarabağ”) ehtiyatda qalıb.
Latviya – Xorvatiya – 0:3
Meydan sahiblərindən Girts Karlson (“İnter”) ilk 63, Andrey Rubins (“Qarabağ”) 85 dəqiqədə forma geyib.
Litva – Şotlandiya – 0:0
Meydan sahiblərindən Robertas Poşkus (“İnter”) 71-ci dəqiqədə oyuna girib, Paulius Qribauskasın (“Neftçi”) adı iştirak ərizəsinə daxil edilməyib.

0
0