“Bu bizim üçün yaxşı hal deyil”
04.09.2010 - 22:52
 “Bu bizim üçün yaxşı hal deyil”
“Bu gün çox zəif çıxış etdik. Demək olar, oyunumuz alınmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Albaniya milli komandasının futbolçusu Balay Bekim deyib.

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda millimizin qonağı olan albaniyalıların meydanı məğlubiyyətlə tərk edib. Bu da komandaların eyni xal toplamağına səbəb olub. Əlavə göstəricilərə əsasən Albaniya hələlik öndə olsa da millimizin ehtiyatda bir oyunu var. Bu isə Bekimi sonuncu olmaq qorxusu ilə üz-üzə qoyub: “Yığmanız yaxşı oynadı. Qol vursam da, bunun komandamıza heç bir faydası olmadı. Qrupda sonuncu pilləyə düşmək ehtimalımız var. Bu bizim üçün yaxşı hal deyil”.

Qeyd edək ki, Albaniya yığması ilə eyni xala malik millimiz yalnız Bakıda 2 qol buraxdığına görə sonuncu pillədədir – 0:1, 3:2.
0