Gürcü əfsanə “Turan”ın hücumçusuna güvənmədi
04.09.2010 - 23:21
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyə milli komandasının Gürcüstanla oyununda Unibank Premyer Liqası da təmsil olunub. Belə ki, Tovuzun “Turan” klubunun hücumçusu Georgi Çediya da matçın iştirakçılarından olub. Lakin o, bu qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib. Gürcüstan yığmasının baş məşqçisi, Tiflis “Dinamo”sunun əfsanəvi qapıçısı Otar Qabeliya Türkiyə ilə görüşdə Çediyaya şans verməyib.
Qeyd edək ki, Sakarya şəhərində baş tutan oyunda sensasiya qeydə alınıb. Hasan Ali Kaldırımın öz qapısına vurduğu qol matçda yeganə olub və Gürcüstan yığmasına 3 xal qazandırıb.
Qeyd edək ki, Sakarya şəhərində baş tutan oyunda sensasiya qeydə alınıb. Hasan Ali Kaldırımın öz qapısına vurduğu qol matçda yeganə olub və Gürcüstan yığmasına 3 xal qazandırıb.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0