“Bu il oynamasam da, məni komandaya dəvət etdilər” - MÜSAHİBƏ
05.09.2010 - 11:44
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hücumçusu Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi
- Oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Bildiyimə görə, U-21 uzun müddətdir qələbə qazana bilmirdi. Biz də bu gün nəticə qazanmaq üçün meydana çıxdıq və istəyimizə çatdıq. Qələbə münasibəti ilə uşaqları təbrik, azarkeşlərimizə isə təşəkkür edirəm. Onlar bizi sona qədər dəstəklədilər. Öz klubum “Neftçi”yə xüsusi təşəkkürümü çatdırıram. Bu il oynamadığım halda, onlar məni komandaya dəvət etdilər, güvəndilər.
- Rəqib barədə nə deyə bilərsiniz?
- Rəqibin kimliyi bizim üçün elə də vacib deyil. Birinci hissədə çox yaxşı oynadıq. Fasilədən sonra bir qədər zəif təsir bağışladıq. İstənilən halda. Qələbəni qoruya bildik.
- Albaniya yığması ikinci qolu vurduqdan sonra həyəcanlanmışdınızmı?
- Əlbəttə, həyəcan var idi. Həm futbolçularda, həm də məşqçilər korpusunda müəyyən bir gərginlik yaranmışdı.
- Sona yaxın yorğunluq var idimi?
- Bu suala cavab verə bilməyəcəyəm. Hər halda baş məşqçi daha yaxşı cavab verə bilər.
- Özünüz necə, yorulmuşdunuzmu?
- Özümü yaxşı hiss edirdim.
- Siz “Neftçi”nin əsas komandasında çıxış etmirsiniz. Bunun səbəbini izah edə bilərsinizmi?
- Baş məşqçinin şans verməsini gözləyirəm.
- “Neftçi”də güclü rəqabət var. Bundan qorxmursunuz?
- Komandamız yaxşı hücumçular transfer edib. Onlardan Bahodir Nasimov, Emil Mpenza və s qeyd etmək olar. Başa düşürəm, hələ gəncəm. Amma baş məşqçidən şans istəyirəm ki, çıxım komanda yoldaşlarıma kömək edim. Sona qədər şansımı gözləyəcəyəm.

0
0