“Anji” Bakıya gələsi olmadı
05.09.2010 - 18:25
Rusiyanın “Anji” klubunun Azərbaycan səfəri baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin yığmaların oyunu ilə bağlı yaranan fasilə dövründə ölkəmizə gəlib “Bakı” ilə yoldaşlıq görüşü keçirmək arzusu reallaşmayıb. Rusiyalılar artıq sabah Tofiq Bəhramov adına Respublika stadionuna çıxmalı olsa da bu mümkün olmayacaq. Belə ki, “Anji” komandası Rusiya və Azərbaycan sərhədində “ilişib qalıb”. Bəzi futbolçularının sənədləri ilə bağlı problemlə üzləşən mahaçqalalılar bu üzdən səfərlə bağlı planlar ləğv olunub.
Qeyd edək ki, “Bakı” – “Anji” qarşılaşmasının baş tutacağı halda hər iki komanda aparıcı, yığmaların düşərgəsində olan oyunçular olmadan mübarizə aparacaqdı. Azərbaycan milli komandasının “Anji” də legioner həyatı yaşayan Mahir Şükürov da doğma publika önünə çıxmayacaqdı.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0