“Şəmkir”in qayıdışı böyük hesablı məğlubiyyətlə əlamətdar oldu
05.09.2010 - 20:01
“Şəmkir”in qayıdışı böyük hesablı məğlubiyyətlə əlamətdar oldu
Azərbaycan çempionatının I divizionunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, ilk turun son 3 qarşılaşması məhsuldarlığı ilə əlamətdar olub. Belə ki, baş tutan matçların hamısında böyük hesab qeydə alınıb. Üstəlik, uduzan komandalar da qol sevinci yaşayıb. Yalnız bir komanda istisna təşkil edib. Bu da 5 illik fasilədən sonra futbol “səhnə”sinə dönən “Şəmkir” olub. Qərblilər, həmçinin aşağı dəstədə debüt edən “Karvan” böyük hesabla ydyzmaqla əvvəlki ad-sab ından çox-çox uzaq olduğunu nümayiş etdiriblər.

Birinci divizion
I tur, 5 sentyabr


"Abşeron" - "Şəmkir" - 4:0
Teymur Dadaşov, 3; Kamil Nurəhmədov, 37; Emin Mehtiyev, 55; Ceyhun Cavadov, 90+3


"Karvan" - "Neftçi" İSM - 1:5
Röyal Nəcəfov, 90+1 - Georgi Başadze, 13; 57; Fərhad İsgəndərov, 26; 40; Bayram Kərimov, 80


"Şahdağ" - "Bakılı" - 4:1
Rəşid Əmiraslanov, 10; Rafiq Əliyev, 60; Murad Rəcəbov, 64; Eldar İsmayılov, 85 - İlkin Hacıyev, 38