Tomas Müller: Bu çox maraqlı və cəlbedicidir
05.09.2010 - 22:19
“Əgər dünya çempionatından sonra keçirməli olduğumuz Belçika və Azərbaycanla oyunlarda üzərimizdə təzyiq varsa, bu çox cəlbedicidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Tomas Müller deyib.
Avro-2012-nin seçmə mərhələsinin sentyabrın 7-də keçiriləcək qarşılaşmasında Azərbaycan yığması ilə görüşəcək Bundestimin gənc hücumçusu iki ay öncə başa çatan mundialın ən yaxşı bombardiri adını qazanıb. Tomas səviyyəsini seçmə mərhələdə də göstərmək niyyətindədir: “Üzərimizdə təzyiqin olması həm də qarşılaşmaları daha maraqlı edir. Çünki biz nəyə qadir olduğumuzu təkrar-təkrar sübut etməli oluruq. Mundialdan sonra keçirdiyimiz ilk seçmə oyununda qalib gəlməyimiz də bizim gücümüzdən xəbər verir”.
Qeyd edək ki, Almaniya və Azərbaycan yığmaları arasında oyun Köln şəhərinin “Reynenerji ştadion” arenasında keçiriləcək.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0