Yığmamız Azərbaycanı tərk etdi
05.09.2010 - 23:57
Yığmamız Azərbaycanı tərk etdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası vətəni tərk edib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri Belarusa gediblər. Yığmamız orada Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək. Sentyabrın 7-də meydan sahibləri ilə üz-üzə gələcək millimiz Bakı vaxtı ilə saat 20:00-da, Borisov şəhər stadionunun meydanına çıxacaq.

Qeyd edək ki, komandamızın belaruslu həmyaşıdları ilə qarşılaşmasını yunanıstanlı Stavros Tritsonis idarə edəcək.

Mənbə: affa.az