Millimiz üçün slovakiyalı və makedoniyalı hakimlər
06.09.2010 - 14:29
Millimiz üçün slovakiyalı və makedoniyalı hakimlər
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunları idarə edəcək hakimlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Adil Şükürovun baş məşqçisi olduğu yığmamızın görüşlərinə slovakiyalı Vladimir Vnuk və makedoniyalı İqor Şatçi baş hakim təyin olunub. Sonuncu iki oyunda bu funksiyanı yerinə yetirəcək.

Qeyd edək ki, yığmamızın yer aldığı V qrupda oyunları Portuqaliyada keçiriləcək.

22 oktyabr
Portuqaliya – Azərbaycan
Baş hakim: Vladimir Vnuk (Slovakiya)

24 oktyabr
Azərbaycan – Şimali İrlandiya
Baş hakim: İqor Satçi (Makedoniya)

27 oktyabr
Çernoqoriya – Azərbaycan
Baş hakim: İqor Satçi (Makedoniya)
0