Yığma 16 futbolçu ilə hazırlıq keçir
06.09.2010 - 16:52
Bu gündən etibarən çimərlik futbolu üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun yetirmələri Mərdəkandakı “Dalğa” İstirahət Kompleksinin ərazisində yerləşən stadionda hazırlıq keçirlər. Seleksiya xarakterli toplanışa 16 futbolçu cəlb olunub. Sentyabrın 10-a qədər davam edəcək hazırlıq prosesində Rüfət Musayev, Ruslan Rəhmətulin, Mahil Talıbov, Səbuhi Əhədzadə, Anar Məmmədov, Məhəmməd Filiyev, Ramil Əliyev, Sahib Məmmədov, Namiq İskəndərov, Əbdül Əliyev, Renat Sultanov, Vaqif Şirinbəyov, İlqar Abdullayev, Asif Zeynalov, Emin Kürdov və Elnur Əhmədov özünü göstərməyə çalışacaqlar.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0