Kondratyev: Onu Azərbaycanla oyuna qədər sağaltmağa çalışacağıq
06.09.2010 - 17:34
“Azərbaycan yığması ilə oyun öncəsi düşərgəmizdə tamamilə normal atmosfer var. Axı biz gözəl başa düşürük ki, Avstriya asan rəqib deyil. Hələ qoy şotlandiyalılar əvvəlcə bu rəqibi udsunlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Belarusun 21 yaşlılardan ibarət yığma komandasının (U-21) baş məşqçisi Georgi Kondratyev deyib.
2011-ci il Avropa çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan belaruslular Azərbaycanın U-21-i üzərində evdə qələbə qazanarsa, buna doğru böyük addım atacaq. Düzdür, bunun üçün Şotlandiya - Avstriya oyununda heç-heçə qeydə alınmalıdır ki, bu zaman eyni xala malik həmin üç yığmadan rəqibimiz vahid lider kimi birbaşa final mərhələsinə çıxsın. Kondratyev yığmamızla oyuna bu vəzifəni yerinə yetirmək üçün çıxacaqlarını bildirib: “Biz hələ də qrupdan 1-ci yerdə çıxa bilərik. Buna görə də hazırlaşacağıq. Şotlandiya ilə oyunun hələ ilk hissəsində Mixail Spivakovun dizində problemi vardı. Biz onu Azərbaycanla oyuna kimi sağaltmağa çalışacağıq. Oleq Veretilo isə vərəqə limitini aşıb. O, heç nədən sarı aldı. İstənilən halda bizdə Yuri Ostroux və Sergey Matveyçik var”.

0
0