“Turan”ın hücumçusu ermənilərə qol vura bilmədi
07.09.2010 - 21:24
Tovuzun “Turan” klubunun futbolçusu Georgi Çediya Avropa çempionatının seçmə mərhələsində debüt edib. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Gürcüstan yığmasının hücumçusu komandasının Ermənistanla qarşılaşmasında iştirak edib. Əvvəlki oyunlara çağırılsa da ehtiyat oyunçular skamyasında qalan Çediya bu dəfə 82-ci dəqiqədə meydana daxil olub. Qısa müddət ərzində fəallıq göstərən Georgi qapıya bir qeyri dəqiq zərbə, həmçinin künc zərbəsini yerinə yetirməklə fərqlənib.
Bu fəallıq müəyyən mənada “Turan”ın baş məşqçisi Sakit Alıyevlı bağlıdır. Belə ki, klubdakı məşqçisinin oyunu izləməsi Çediyanı özünü göstərməyə məcbur edib. Görüşün nəticəsinə gəlincə 90 dəqiqə ərzində qol vura bilməyən rəqiblər qalibi uzatma dəqiqələrində müəyyənləşdirib. Matçın vaxtına əlavə olunan 2-ci və 3-cü dəqiqələrdə burulan 2 qol ermənilərə qələbə qazandırıb.
Qeyd edək ki, Georginin komandası II seçmə qrupunda İsveçrə və Türkiyədən sonra 3-cü, Ermənistan isə 4-cü olub. Onlar qrupdakı son iki yeri tutan Estoniya ilə İrlandiyanı arxada qoyublar.

0
0