Startda uğursuz ənənə: İlk oyunda qələbə həsrətimiz bitmir
08.09.2010 - 12:16
Startda uğursuz ənənə: İlk oyunda qələbə həsrətimiz bitmir
Azərbaycan mili komandası seçmə mərhələlərdə uğursuz ənənəni davam etdirir. Apasport.az saytının hesablamalarına görə, yığmamız 16 ildir çıxış etdiyi dünya və Avropa çempionatının seçmə mərhələlərdə startda heç cür qələbə qazana bilmir. Özü də arxada qalan mərhələnin startından yalnız bir dəfə heç-heçə etmiş, qalan 8-də uduzmuşuq. Yeganə xal yığmamızın tarixində ilk əcnəbi baş məşqçi olan braziliyalı Karlos Alberto Torresin dövründə Uels millisi ilə Bakıdakı oyunda qazanılıb. Kapitanımız Rəşad Sadıqovun cərimə zərbəsindən vurduğu gözəl qol indiyə kimi yaddaşlardan silinmir.

Maraqlıdır ki, millimiz ilk seçmə oyuna da sentyabrın 7-də başlayıb və onda da böyük hesabla yenilib. Ümumiyyətlə, startdakı məğlubiyyətlərin yarısı (4-ü) böyük hesablı olub. Berti Foqts millimizin baş məşqçiləri arasında ikinci seçmə mərhələdə işləyən yeganə çalışdırıcıdır. Rəsmi debütdə Uels yığmasına minimal hesabla uduzan (0:1) alman mütəxəssis bu dəfə səfərdə darmadağının şahidi oldu.

7 sentyabr. Buxarest. AÇ-1996-nın seçmə oyunu.
Rumıniya – Azərbaycan - 3:0
Baş məşqçi: Ağasəlim Mircavadov

2 iyun. Oslo. DÇ-1998-nin seçmə oyunu.
Norveç – Azərbaycan - 5:0
Baş məşqçi: Kazbek Tuayev

5 sentyabr. Koşitse. AÇ-2000-nun seçmə oyunu.
Slovakiya – Azərbaycan - 3:0
Baş məşqçi: Vaqif Sadıqov

2 sentyabr. Bakı. DÇ-2002-nin seçmə oyunu.
Azərbaycan – İsveç - 0:1
Baş məşqçi: İqor Ponomaryov

7 sentyabr. Bakı. AÇ-2004-nün seçmə oyunu.
Azərbaycan – İtaliya - 0:2
Baş məşqçi: Vaqif Sadıqov

4 sentyabr. Bakı. DÇ-2006-nın seçmə oyunu.
Azərbaycan – Uels - 1:1
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

2 iyun. Belqrad. AÇ-2008-nin seçmə oyunu.
Serbiya – Azərbaycan - 1:0
Baş məşqçi: Şahin Diniyev

6 sentyabr. Kardiff. DÇ-2010-nun seçmə oyunu.
Uels - Azərbaycan - 1:0
Baş məşqçi: Berti Foqts (Almaniya)

7 sentyabr. Köln. AÇ-2012-nin seçmə oyunu.
Almaniya – Azərbaycan – 6:1
Baş məşqçi: Berti Foqts (Almaniya)

Mehman SÜLEYMANOV