Kloze Azərbaycana qol vurmaqdan doymur
08.09.2010 - 15:51
Kloze Azərbaycana qol vurmaqdan doymur
Almaniya yığmasının hücumçusu Miroslav Kloze Azərbaycan milli komandasına qol vurmaqdan doymur. Apasport.az saytının məlumatına görə, “Bavariya”nın Polşa əsilli 32 yaşlı futbolçusu yığmamızla hər üç görüşdə qapımıza yol tapıb. Kloze ev oyunlarında (4:0 və 6:1) dubl edib, Bakıda (2:0) son nöqtəni qoyub. Yeri gəlmişkən, Bundestimin Polşa əsilli digər futbolçusu - Lukas Podolski də yığmamızla ev oyunlarında qapıçımız Kamran Ağayevi məyus edib. Miroslav vurduğu daha iki qolla Almaniya yığmasının tarixində ən məhsuldar oyunçu olan əfsanəvi Hert Müllerə bir qədər də yaxınlaşıb. 103 oyuna 55 qol vuran Kloze Müllerdən indi 7 top geri qalır.

Qeyd edək ki, Kloze dünya çempionatları tarixinin bombardirlər siyahısında yalnız braziliyalı Ronaldodan geri qalır. “Yekədiş” ləqəbli hücumçu 15, Miroslav isə 14 qola malikdir. Almaniyalı 2006-cı ildə İtaliyada keçirilən mundialın ən sərrast oyunçusu kimi “Qızıl top” mükafatına layiq görülüb.
0