“Araz”ın rəqibi Superkubok qazandı
14.09.2010 - 13:19
“Araz”ın rəqibi Superkubok qazandı
Futzal üzrə keçirilən UEFA kubokunun əsas mərhələsində “Araz”ın rəqibi olacaq Rumıniyanın “Tırqu Mureş” klubu vətənində Superkubok qazanıb. Apasport.az saytının məlumatına görə, Superkubok oyununda “CSM Forcsani” ilə görüşən “Tırqu Mureş” 14:1 hesabı ilə qələbə qazanıb. İspaniyalı baş məşqçi Sito Riveranın çalışdırdığı komanda mövsümə yekun vurmaqla yanaşı, UEFA kubokunun 3-cü qrupunun oyunlarına da tam hazır olduğunu sübut edib.

Qeyd edək ki, “Araz”ın ötən mövsüm 3-cü olduğu UEFA kubokunda oyunları sentyabrın 25-dən oktyabrın 3-dək keçiriləcək.