Araz Abdullayevi bəyənən baş məşqçi 8000 xərcə düşdü
14.09.2010 - 13:38
Araz Abdullayevi bəyənən baş məşqçi 8000 xərcə düşdü
İngiltərə Futbol Assosiasiyası (İFA) “Everton” klubunun baş məşqçisi Devid Moyesi cərimələyib. Apasport.az saytının məlumatına görə, buna səbəb şotlandiyalı mütəxəssisin Premyer Liqanın son turunda “Mançester Yunayted”lə 3:3 hesabı ilə nəticələn ev oyunu bitəndən sonra baş hakim Martin Atkinsonla münaqişəsidir.

90-cı dəqiqəyə kimi hesabda 1:3 geridə olan “Everton” inanılmaz oyun nümayiş etdirərək, uzatma dəqiqələrində vurduğu iki qolla tarazlığı bərpa edib. Bu zaman Atkinsonun vaxtında olmayan final fiti Moyezi qəzəbləndirdiyindən, meydançaya girərək ona tənqidlər “yağdırıb”. İFA baş məşqçi və onun köməkçisi Stiv Raundun hərəkətini nalayiq sayaraq, 8000 sterlinq cərimə kəsib. Xoşbəxtlikdən “Everton”un baş məşqçisi diskvalifikasiyadan yaxa qurtarıb.

Qeyd edək ki, Moyes “Neftçi”nin və yığmamızın futbolçusu Araz Abdullayevi bəyənərək, onun “Everton”a keçidinə razılıq vermişdi.