Berti Foqtsdan növbəti sürpriz: İndi də Almaniyada qolf oynayıram
15.09.2010 - 11:49
Berti Foqtsdan növbəti sürpriz: İndi də Almaniyada qolf oynayıram
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts özünü yeni idman növündə sınayır.

Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsində Almaniya yığmasına 1:6 hesabı ilə uduzduğumuz oyundan sonra vətənində qalan almaniyalı mütəxəssis qolf oynayıb. Foqts bir sıra veteran futbolçular, tanınmış idmançılarla birgə Froydenştadtdakı qolf klubunda xeyriyyə aksiyada iştirak edib. Onlar arasında yığmamızda köməkçisi olan, qapıçılarla işləyən məşqçi Uli Ştayn, habelə Rayner Bonhof, Horst Koppel, Tomas Helmer, Bernd Hoelzenbeyn, yüngül atletikanın əfsanələri Hants Fütterer, Manfred Qermar və teleaparıcı Maks Şautzer olub. Qolf klubunun üzvləri və qonaqlar layihələrə dəstək verdiklərini nümayiş etdiriblər.