Azərbaycan milli komandası 10 illik tilsimi qırdı
15.09.2010 - 14:35
Azərbaycan milli komandası FİFA-nın reytinqində 10 illik tilsimi qırdı. Apasport.az saytının hesablamalarına görə, bu gün açıqlanan reytinq cədvəlində 102-ci yer nəinki baş məşqçi Berti Foqtsun dövründə, ümumiyyətlə, yığmamızın 2000-ci ildən bu yana ən yüksək göstəricisidir. Sonuncu dəfə həmin ilin aprelində bu pillədə olan millimiz artıq uzun müddətdir ikinci yüzlüyü tərk edə bilmir. 1994-cü ilin iyunundan FİFA-nın reytinqində təmsil olunan Azərbaycan ən yüksək göstəricisi 97-ci yer olub. Bu isə 1999-cu ilin iyununda, dekabrında və 2000-ci ilin yanvarında reallaşıb.
Qeyd edək ki, yığmamız 1998-ci ilin avqustunda, 1999-cu ilin fevralında və aprelində də 102-ci pillədə olub.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, yığmamız 1998-ci ilin avqustunda, 1999-cu ilin fevralında və aprelində də 102-ci pillədə olub.
Mehman SÜLEYMANOV
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0