“Hamburq”un qapıçısı yığmamızın məşqçisinə “əlcək atdı”
17.09.2010 - 16:45
Almaniya Bundesliqasının bu gün start götürən IV turu “Hamburq” klubunun qapıçısı Frank Rost üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 37 yaşlı futbolçu “Sankt-Pauli” ilə səfər matçında çempionatdakı 400-cü oyununu keçirəcək. Bununla da Rost Bundesliqada 400 və daha artıq qarşılaşmanın iştirakçısı olan qapıçılar siyahısına daxil olacaq. Bu siyahıya əfsanəvi Oliver Kan başçılıq edir. Almaniya yığmasının sabiq qapıçısı ölkə çempionatında 557 oyun keçirib. “400-lər” klubunda 13-cü olacaq Rostun çatmaq istədiyi əlcək sahibləri arasında Azərbaycan milli komandasının məşqçisi Uli Ştayn da var. “Ayntarxt”ın sabiq qapıçısı 512 qarşılaşmada meydana çıxmaqla siyahıda 3-cü yerdə qərarıaşıb. O, Kanla yanaşı Eyke İmmeldən (534 oyun) də geri qalır.
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0