“Azərbaycandan mənə yadigar kirayədə qaldığım mənzilin açarı qaldı”
17.09.2010 - 17:10
“Azərbaycandan mənə yadigar kirayədə qaldığım mənzilin açarı qaldı”
“Bakı”dan təklif aldığım zamanı həmyerlim Dmitri Parxomenko Azərbaycanda yarım il İqor Nakenoçnının rəhbərliyi altında oynayırdı. Ancaq onunla əlaqə saxlaya bilmədim və buna görə də Bakıya düşünmədən getdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun sabiq futbolçusu Stanislav Loban deyib.

2006-cı ilin qışında transfer edilən ukraynalı hücumçu yarım il oynayaraq, mövsümü çempionluqla bitirdi. Özü də bu, “Bakı”nın tarixində ilk çempionluğu idi: “Həmin vaxt “Bakı”da Əhməd Ələsgərov məsləhətçi kimi çalışırdı. Ələsgərovla birgə işləyən İqor Savelyev məni məsləhət bilmişdi. Baxışdan uğurla keçdim və sonradan uzadılmasının mümkünlüyü ilə yarım illik müqavilə imzaladım. Biz ikinci dövrəni pis keçirmədik. Onu praktiki olaraq itkisiz başa vurduq və sonda ölkə çempionu olduq”.

Ancaq Loban qızıl medal ala bilmədiyini deyir: “Çempionat bitəndən sonra mənə dedilər ki, mükafatlandıra mərasimi həftə ərzində olacaq və Odessaya getdim. Belə alındı ki, Bakıya qayıtmadım və Azərbaycanda mükafatlarla yanaşı, şəxsi əşyalarım olan iki böyük çantanı qoydum. Mənə ölkə paytaxtından yadigar kirayəyə verilən mənzilin açarıdır. Bu, indiyə kimi məndədir və harasa qoymuşam”.

Stanislav onunla müqavilənin uzadılmamasını həmin vaxt legionerlərə tətbiq edilən limitlə əlaqələndirir: “Məsələ ondadır ki, mövsümlərarası fasilədə yerli liqa legionerlərə daha sərt limit tətbiq etməyi qərara aldı. Mənə hələ çempionatın gedişində milliləşdirməyi təklif etdilər. Bunun üçün Ukrayna vətəndaşlığından imtina etmək lazım idi. Mən buna risk etmədim. Komandada müqaviləsi olan cənubi afrikalı və afrikalı futbolçular qaldılar. Kluba daha bir əcnəbi ilə müqavilə bağlamaq mənasız idi. Bəzi milliləşən legionerlər sonradan ölkənin yığmasında oynadı”.

Qeyd edək ki, 2006-cı ilin yayında çempionatımızda çıxış edən legionerlərə “3+2” limiti tətbiq edildi.