“Hakimliklə bağlı heç bir söz deyə bilmərəm”
19.09.2010 - 21:01
“Hakimliklə bağlı heç bir söz deyə bilmərəm”
"Oyunun birinci hissəsində komandam çox gözəl çıxış etdi. Futbolçularım gəncdirlər, təcrübəsiz olduqlarına görə bir az problem yaşayırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın "Simurq" klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Makedoniyalı mütəxəssis Unibank Premyer Liqasının VI turunun “Bakı” ilə oyunu haqda fikirlərini açıqlayıb. Hacıyevski Azərbaycan çempionu adını qazandırdığı komanda ilə 1:1 hesablı heç-heçəni yetirmələrinin gəncliyi ilə izah edib: “Komandamızın kapitanı Rasim Ramaldanovun da oyuna zədəli çıxması təsirsiz ötüşmədi. Təəssüf ki, II hissədə "Bakı"nın hücumunun qarşısını ala bilmədik və qapımızdan qol buraxdıq. Hakimliklə bağlı heç bir söz deyə bilmərəm, hakimlər oyunu normal idarə etdi".

Mənbə: pfl.az