Mahir Şükürovun qayıdışı yaxşı qiymətləndirildi
20.09.2010 - 09:25
Mahir Şükürovun qayıdışı yaxşı qiymətləndirildi
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Rusiya Premyer Liqasına qayıdışında yaxşı qiymət alıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzeti Mahaçqalanın “Anji” klubunda oynayan yarımmüdafiəçimizin son turda ikiqat çempion “Rubin”lə ev oyununda (0:1) çıxışını 5,5 balla qiymətləndirib. Bu da həmyerlimizin komandasında həmin oyun üçün ən yaxşı ikinci qiymət sayılıb. Belə ki, yalnız “Anji”nin kapitanı Rasim Tahirbəyov ən yüksək bal – 6 alıb.

Qeyd edək ki, ötən tur “Rostov”la səfər oyununa aparılmayan, yığmamızın Almaniyaya 1:6 hesablı məğlubiyyətindən sonra istirahət verilən Şükürov “Rubin”lə görüşdə 85-ci dəqiqədə əvəzlənib. Rəqib qələbə topunu məhz bundan sonra – 90+3-cü dəqiqədə vurub.