Birinci divizion təmsilçisi yığmamızı sınağa çəkəcək
20.09.2010 - 09:32
Birinci divizion təmsilçisi yığmamızı sınağa çəkəcək
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, sentyabrın 20-dən 27-ə qədər təlim-məşq toplanışı keçirəcək Təbriz Həsənovun yetirmələri “Sumqayıt” klubu ilə qarşılaşacaq. Sentyabrın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” komandası Azərbaycan çempionatının I divizionunda çıxış edir.

Mənbə: affa.az
0