Mirça Rednik “Xəzər Lənkəran”ı Antalyaya aparır
24.09.2010 - 15:38
“Xəzər Lənkəran” gələn ay Türkiyəyə gedəcək. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi milli komandamızın Unibank Premyer Liqasında yaranan fasilədən istifadə edərək, Antalyada təlim-məşq toplanışına yollanmağı planlaşdırır. Oktyabrın 5-də səfərə çıxacaq “ağ-yaşıllar” bir həftəlik hazırlıq keçəcək. Həmin müddətdə yoxlama oyunun keçiriləcəyi də istisna deyil.
Qeyd edək ki, cənub klubu baş məşqçisi Mirça Rednikin rəhbərliyi altında ilk dəfə ölkədən kənara çıxacaq. Rumıniyalı mütəxəssis iyulda komandanın sükanı arxasına keçən zaman mövsümə hazırlığı Bakı və Lənkəranda keçirdi.

- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0