Tyeri Anrinin 14 milyon dollarlıq mənzili - FOTO
24.09.2010 - 16:02
Tyeri Anrinin 14 milyon dollarlıq mənzili - FOTO
Məşhur futbolçu Tyeri Anri Nyu-Yorkda üçmərtəbəli evin 2 mərtəbəsini alıb. Apasport.az saytının məlumatına görə, “Nyu-York Red Bulls” klubunun şərəfini qoruyan futbolçu Soxo rayonunda aldığı mənzil üçün 14,85 milyon dollar xərcləyib.

Anri mənzilin 2 mərtəbəsi üçün 9 milyon verib. O, birinci mərtəbədə yaşayan qonşusunun evinin təmirinə də 5,85 milyon dollar xərcləyib.

Qeyd edək ki, bu mənzildə müxtəlif vaxtlarda tanınmış insanlar yaşayıblar. 33 yaşlı futbolçudan öncə Nikol Kidman, Lenni Kraviç və Kortni Lav kimi məşhurlar buranın sakini olublar. 2008-ci ildə isə tanınmış aktyor Hit Ledjer bu evdə vəfat edib.