Qurban Qurbanov yubiley astanasında
24.09.2010 - 16:27
Unibank Premyer Liqasının VII turu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, 38 yaşlı mütəxəssis “Qəbələ” ilə səfər matçına yubiley dalınca yollanıb.
Belə ki, 4 ildir baş məşqçilik fəaliyyətinə başlayan gənc çalışdırıcı indiyədək ölkə çempionatları tarixində 49 qələbənin sevincini yaşayıb. 50-ci qələbənin astanasında olan Qurbanov Qəbələdə yubileyini qeyd edə bilsə, bu 92-ci oyunda reallaşacaq.
Karyerası boyu iki kluba rəhbərlik edən mütəxəssisin “Neftçi”dəki fəaliyyəti Azərbaycan çempionatındakı nəticələr baxımından daha uğurlu alınıb. Qurbanov paytaxt təmsilçisindəki görüşlərin 2/3-dən də artığında qalib gəlməklərinə sevinib. “Qarabağ”da isə bu göstərici xeyli aşağıdır. Onun yetirmələri heç matçların yarısında da qalib gəlməyiblər.
Qeyd edək ki, Qurbanovun baş məşqçi karyerasındakı ilk qələbə çempionat oyununa təsadüf edib. 2006-cı il avqustun 6-da bu vəzifədə debüt edən çalışdırıcı “Neftçi”nin “Gənclərbirliyi”ni darmadağın etməyinə sevinib – 6:1.
Qurban Qurbanovun komandaları Azərbaycan çempionatlarında

klub | mövsüm | Qələbə | oyun | Qələbə faizi |
“Neftçi” | 2006/07 | 17 | 24 | 70,8 |
| 2007/08 | 2 | 4 | 50 |
| Cəmi | 19 | 28 | 67,9 |
“Qarabağ” | 2008/09 | 14 | 32 | 43,8 |
| 2009/10 | 14 | 26 | 53,8 |
| 2010/11 | 2 | 5 | 40 |
| Cəmi | 30 | 63 | 47,6 |
ümumi |
| 49 | 91 | 53,8 |
0
0