Aslan Kərimov: Bu, bizim üçün siqnal idi - MÜSAHİBƏ
24.09.2010 - 16:59
“Qarabağ” klubunun futbolçusu Aslan Kərimovun apasport.az saytına müsahibəsi
- Komandanızın Unibank Premyer Liqasının II turundan təxirə salınmış oyununda “Gəncə”ni asanlıqla məğlub etdiyini söyləmək olarmı?
- Böyük hesablı qələbə qazansaq da, bu asan başa gəlmədi. Oyundan əvvəl statistikaya diqqət yetirmişdik. “Gəncə” mövsümdə keçirdiyi görüşlərin heç birində məğlub olmamışdı. Hər oyunda da qol vurmuşdu. Bu, bizim üçün siqnal idi. Digər yandan son oyunlarda heç bir nailiyyətimiz yox idi. Qələbə qazana bilmirdik. Yaxşı oynasaq da, həlledici məqamda lazım olan qolu vura bilmirdik. Oyuna diqqətli hazırlaşmışdıq. Rəqib tam heyətlə mübarizə apara bilmədi. Dağınıq heyətləri vardı. Qol şanslarından maksimum istifadə etdik və 3 xal qazandıq.
- Sabah “Qəbələ” ilə qarşılaşacaqsınız. Ancaq bu komanda ilə oyunlarınız həmişə çətin alınıb.
- Çox çətin görüş olacaq. “Qəbələ” də qələbə üçün oynayacaq. Onların da müəyyən problemləri olub və xal toplaya bilməyiblər. Azarkeşlərinin qarşısında oynayacaqlar. Biz səfərdən qələbə ilə dönməyə çalışacağıq.
- “Qarabağ” avrokuboklardakı oyunlarını nümayiş etdirə bilmir. Bunun səbəbini nədə görürsünüz?
- Avrokuboklarla Premyer Liqanı müqayisə etmək olmaz. Çünki qitə miqyaslı oyunlarda biz əks-hücum taktikasına üstünlük verirdik. Rəqiblərimizin üstümüzə gəlməsini gözləyirdik. Bu zaman onlar arxa xətdə boşluqlara yol verirdilər və biz də bundan istifadə edib qol vururduq. Premyer Liqada isə daha çox yaradıcı futbol oynamalı, hücuma qoşulmalısan. Hücuma keçdikdə isə arxada boşluqlar yaranır. Ona görə də çətin olur. Yəni avrokuboklardakı taktika ilə Premyer liqada oynamaq olmaz.
- Ancaq oyunlar sürətli alınmır...
- Sürət baxımından heç bir rəqibimizə uduzmuruq. Oyunun sürətli alınmaması rəqibimizdən asılıdır.
- Cari mövsümdə əsasən ehtiyatda qalırsınız. Bu sizi narahat etmir?
- Bunun heç bir fərqi yoxdur. Yaşla əlaqədar məşqçilər korpusu fikirləşir ki, əvəzimə meydana çıxan futbolçu daha çox xeyir verə bilər. 38 yaşım olacaq. Az deyil.
- Deməli, mövsümün sonunda karyeranızı bitirəcəyiniz dəqiqləşib?
- Əlbəttə, karyeramı bitirəcəm. Məşqlərimi davam etdirirəm. Formamı qorumağa çalışıram. Futbolda qalmaq istəyirəm, ayrılmaq mümkün deyil. Bunu futbolun içində olanlar daha yaxşı bilirlər. Başqa sənətimiz də yoxdur ki, futbolla vidalaşdıqdan sonra gedib onunla məşğul olum.
- Karyeranızı bitirdikdən sonra məşqçi kimi çalışacaqsınız?
- Elə fikrim var. Ancaq vaxtım olmayıb ki, hansısa məşqçi kurslarına yazılım. Planımda var. Təbii ki, təcrübə toplamaq üçün əvvəlcə köməkçi kimi çalışmalıyam.
- Mövsümün sonunda vida matçı təşkil etmək haqda düşünürsünüzmü?
- Hələ planlaşdırmamışam. Bunu klub rəhbərliyi təklif edəcək. Ola bilsin, çempionatın son oyununda meydana çıxım və futbolla vidalaşım.
- Əgər vida matçı keçirmək təklif olsa, rəqib kimi hansı komandanı seçərdiniz?
- Bilmirəm, bəlkə milli komanda ilə “Qarabağ” qarşılaşa bilər.

0
0