Honduras yığmasının baş məşqçisi: Lalini milliyə çağıra bilərəm
25.09.2010 - 12:29
Honduras milli komandasının heyətinə çağırılan legionerlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Xuan de Dias Kastilyo Yeni Zelandiya ilə səfərdə, Qvatemala ilə ABŞ-da keçiriləcək görüşlərdə sərəncamında görmək istədiyi futbolçuları müəyyənləşdirib. İngiltərədən tutmuş Çinə qədər müxtəlif ölkələrdə çıxış edən 10 oyunçuya dəvət göndərən mütəxəssis onlardan 7-ni oktyabrın 9-da Okeaniyada, 3-nü isə ayın 12-də Los ancelesdəki görüşdə sınayacaq.
Bu futbolçularla yanaşı heyətdə yer alacaq Honduras çempionatında çıxış edənlərin siyahısı isə sentyabrın 30-da açıqlanacaq. Lakin Kastilyo bildirib ki, xarici ölkələrdə top qovan yığma üzvlərinin siyahısında da dəyişiklik edə bilər: “Azərbaycanda, “Xəzər Lənkəran” klubunda çıxış edən Allan lalin də nəzərimdədir. Onu bu matçlaradn birinə çağıracağım istisna deyil”.
Qeyd edək ki, yığmada 9 oyuna 1 qol vuran Lalin təxminən il yarımdır milliyə çağırılmır.

0
0