“Qarabağ”ın qənimi “İnter”in hədəfində
25.09.2010 - 13:41
Almaniyanın “Borussiya” klubunun yaponiyalı futbolçusu Şindzi Kaqava karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “İnter” və “Milan” klubları dortmundluların 21 yaşlı yarımmüdafiəçisini öz heyətində görmək istəyir. Bu ilin yayında Yaponiyanın “Serezo Osaka” klubundan vur-tut 350 min avroya transfer olunan Kaqava Bundesliqanın yeni mövsümünün kəşfinə çevrilib. Ölkə çempionatında 5 oyuna 3 qol vuran asiyalı Avroliqada da özünü göstərib. Belə ki, avrokuboklarda debütünü Ağdamın “Qarabağ” klubuna qarşı keçirən Şindzi təmsilçimizə qənim kəsilib. Yaponiyalı Dortmunddakı həmin matçın (4:0) ilk hissəsində vurduğu 2 qolla ağdamlıların müqavimətinin qırılmasında pay sahibi olmuşdu.
0
0