Kamran Ağayev: Ayıb olsun o sözləri danışana
26.09.2010 - 12:48
Unibank Premyer Liqasının VII turunun mərkəzi qarşılaşmasında “Neftçi” üzərində çətin qələbə qazanan (1:0) “Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Derbidə qələbə qazanmaq əla hisdir. Ola bilər sabah “Neftçi”də oynayım və ya başqa klubda. Həyatda ər şey ola bilər. Hansı komandanın formasını geyinməyindən asılı olmayaraq, belə böyük qarşılaşmalarda qələbə qazanmaq yaxşı haldır. Matç öncəsi mətbuata verdiyim açıqlamalar “Neftçi” azarkeşlərinin acığına gəlib. Bu da normal haldır. Oyundan əvvəl nə deməliyəm ki? Elə söz deyim ki, xoşlarına gəlsin? Əlbəttə, nə desəm, acıqlarına gələcək. O ki qaldı yuxarı təbəqəyə hörmətsizlik etməyimə, qələt edərəm. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Həmişə “Neftçi”yə qarşı oynamağı özümə fəxr bilmişəm. Uduzmağı xoşlamıram, özümə yaraşdırmıram. Bu oyunda biz qələbə qazandıq. Uduza da bilərdik. Ancaq heç vaxt “Neftçi”yə uduzmaq istəmirəm. Çünki camaat bizi bağışlamaz. Bu, derbidir. Qazanılan qələbəni azarkeşlərimizə həsr edirəm.
- Görüşdən sonra yaranan xoşagəlməz hadisə ilə bağlı nə deyə bilərsiniz? Deyilənə görə, “Neftçi” azarkeşlərinə heç də xoş olmayan jestlər etmisiniz...
- Anlaşılmazlıq oldu. Hamı deyir ki, guya mən “Neftçi” fanatlarına nalayiq jestlər etmişəm. Xeyr, belə şey olmayıb. Hətta mən getdim onlardan üzr istədim. “Neftçi” öz sözünü demiş komandadır.
- Konkret “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun yanında adınızı çəkirdilər ki, onlara qarşı hansısa nalayiq hərəkət etmisniz. Ona görə də sizi axtarırdılar...
- Ola bilməz. O sözləri danışana ayıb olsun. Gedib Sadıq müəllimi deyiblər ki, guya mən onlara qarşı ədəbsiz jest etmişəm. Düzgün deyil. Çünki mən “Neftçi”yə həmişə hörmətlə yanaşmışam. Artıq şey heç vaxt eləmərəm. Əgər elə başa düşüblərsə, üzr istəyirəm. Əksinə, mən camaatın qarşısında baş əydim ki, bağışlasınlar. Sadıq müəllimə böyük hörmətim var. Sadəcə bir şey deyim ki, ortalığı qızışdırmaq lazım deyil. Oyundan əvvəl demişəm ki, udmaq da olar, uduzmaq da.
- Dediniz ki, ola bilər səhv başa düşüblər. Deməli nəsə etmisiniz də...
-Nə səhv? Əksinə, gedib “Neftçi” azarkeşlərindən üzr istədim. Ruslan Abısov yanımda olub, hər şeyi görüb. Ondan soruşun. O düzünü deyəcək.
VÜQAR

0
0