Gülə-gülə, Zaur!
26.09.2010 - 15:42
Gülə-gülə, Zaur!
Oktyabrın 2-də Unibank Premyer Liqasının VIII turunda “Bakı” ilə qarşılaşmasında “Xəzər Lənkəran”ın sabiq hücumçusu Zaur Ramazanovun futbolla təntənəli vidalaşma mərasimi keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Ramazanov topa ilk zərbəni yetirərək, meydanı azarkeşlərin alqışları altında tərk edəcək.

Zaur Ramazanov 2005-ci ildən “Xəzər Lənkəran”ın ən böyük nəticə verən futbolçularından biri olub. “Xəzər Lənkəran”ın bütün titulların qazanmasında Zaur Ramazanovun xidmətləri danılmazdır. Onun iştirakı ilə bu komanda 2 dəfə Azərbaycan kubokunun qalibi (2006/2007 və 2007/2008), 1 dəfə ölkə çempionu (2006/2007) olub, 1 dəfə “Birlik kuboku”nu qazanıb (2008). Azərbaycan çempionatının ən məhsuldar hücumçularından olub (2006/2007).

Ramazanov Azərbaycan yığmasının heyətində 14 oyun keçirib.

Mənbə: www.lankaranfc.com