Bülənt Uyğun: Milli komandanız Türkiyə yığmasından xal ala bilər
06.10.2010 - 16:48
“Əskişəhərspor” klubunun yeni baş məşqçisi Bülənt Uyğunun apasport.az saytına eksklüziv müsahibəsi
- “Əskişəhərspor” klubuna baş məşqçi postuna təyinatınız reallaşdı...
- Mən bu komandadan təklif alsam da, rəhbərliklə görüşüm bu gün baş tutdu. Danışıqlarımız demək olar müsbət nəticələndi. Anlaşdıq və bu komandada işimə başlayıram. Mənim üçün əsas şərtlərdə anlaşmaqdır. “Əskişəhərspor” məni çoxdandır istəyir. Hələ birinci liqada çıxış etdikləri vaxtda məni baş məşqçi postuna gətirmək istəyirdilər.
- Siz məhz son turda “Əskişəhərspor”la oyundan sonra “Bucaspor”un baş məşqçi postundan getdiniz. Həmin görüş öncəsi sizin “Əskişəhərspor”un yeni çalışdırıcısı olacağınız bildirilirdi. Deyilənə görə, artıq həmin vaxt razılaşma əldə olunsa da, bu, gizli saxlanılırdı....
- Bunlar yalandır. “Bucaspor”dakı işimi buraxmağımın səbəbi bu deyil. Burada baş verən şeyləri söyləyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, mükafatla bağlı ayrı-seçkilik komanda daxili ab-havanı pozurdu. Oyuna 1 saat qalmış soyunub-geyinmə otağına daxil olub, əcnəbilərin maaşlarını ödəməyən, yerlilərinkini ödəməyən rəhbərlik Bülənt Uyğun çalışmayacağı rəhbərlikdir. Bu üzdən “Bucaspor”la əməkdaşlığımız bitdi. Orada olduğum müddətdə başqa komanda ilə anlaşmağım imkansız idi. “Bucaspor”u buraxdıqdan iki saat sonra “Əskişəhərspor”dan məni aradılar. Mən rəhbərliyimə fikirlərimi söylədim, şərtlərimi dedim.
- Yığmamızın kapitanı Rəşad Sadıqovun taleyi artıq sizdən asılı olacaq...
- Azərbaycandakı hər kəsi sevirəm. Sizlər bizim üçün dəyərlisiniz. Təbii ki, mən Rəşadı Türkiyədə əvvəllər oynadığı vaxtdan tanıyıram. “Sivasspor”da işlədiyim vaxtda onun “Kayserispor” və “Kocaelispor” klubunda oyununu görmüşəm. Yaxşı müdafiəçidir.
- “Əskişəhərspor”a bir aydan artıq transfer olsa da, hələ debüt etməyib. Sizin dövrünüzdə oynamaq şansı çox olacaq?
- Məgər Rəşad hələ “Əskişəhərspor”un heyətində meydana çıxmayıb?
- Yox.
- Rəşadın hazırlıq vəziyyətinə baxarıq. Yaxşı olarsa, oynadarıq. Hər şey özündən asılıdır. Rəşad Azərbaycan yığmasının düşərgəsinə qayıtdıqdan sonra hazırlığına qiymət verəcəyik. Çalışacağıq ki, “Əskişəhərspor”u turnir cədvəlində son pillədən çıxaraq.
- “Fənərbaxça”dan yaxşı tanıdığınız, “Sivasspor” klubunda rəhbərliyiniz altında oynayan İlqar Qurbanov yenidən Türkiyədə çıxış edir. Bundan xəbərdarsınız?
- Yox. Mən İlqarın Türkiyədə oynadığını, hansı klubda çıxış etdiyini bilmirəm.
- O, Bank Asiya I liqasında “Mersin İdman Yurdu” klubunda oynayır...
- İlqarın indi harada, nə etdiyindən bixəbərəm. Onun gələcək perspektivi haqda bir şey deyə bilmərəm.
- Azərbaycandan təklif almısdınız? Bir ara adınız “Neftçi” ətrafında hallanırdı...
- Bu, artıq keçmişdə qalıb. Azərbaycanda çalışmaq gözəl olardı. Ancaq mənim indi bu variantlarım yox idi. Təklif olsaydı, buna baxmaq mümkün idi. Ancaq bu, olmadı, gələcəyini də təxmin etmirdim. “Əskişəhərspor”dan təklifim var idi. Gələcəkdə ölkənizdən dəvət olarsa, baxacağıq.
- Azərbaycan futbolu son vaxt illərdə inkişafdadır. Bir sıra tanınmış futbolçular, məşqçilər ölkəmizdən gələn təklifi qəbul edir...
- Futbolunuzda baş verənləri izləyirəm. Çox şey təməlin düzgün qoyulmasından asılıdır. Əgər inkişaf düzgün yönəldilərsə, Azərbaycan futbolunu, oradakı qardaşlarımızı çox gözəl günlər gözləyir. Ancaq iş planlı şəkildə görülməzsə, inkişafı o qədər tez görə bilməyəcəksiniz. Mühüm olan düzgün plan qurub, onu yaxşı həyata keçirməkdir. İnşallah, Azərbaycan futbolu buna nail olar. İnkişaf edərək, dünya futbolunda yerini tutar.
- Türkiyə yığması gələn həftə Bakıda yığmamızla rəsmi oyun keçirəcək. Bu oyundan nə gözləyirsiniz? Şansları necə dəyərləndirirsiniz?
- Azərbaycandakı oyunumuz çətin olacaq. Bakıda 3 xal qazanmaq asan deyil. Türkiyə yığması bu görüşdə mütləq qalib gəlməlidir. Bizimkilər buna nail olacaqlarını düşünürlər. Ancaq mənim fikrimcə, bizi Azərbaycanda 3 xal qazanmağımız çətin olacaq bir oyun gözləyir.
- Həmin oyundan 4 gün öncə Almaniya kimi güclü yığma ilə səfər oyununa çıxacaqsınız. Bu oyundan qısa müddət sonra Bakıda işiniz çətin olacaq...
- Məhz belədir. Almaniyadan sonra çətin, məşəqqətli matç olacaq.
- Sizcə, yığmamız Türkiyədən evdə xal ala bilər?
- Bilər. Biz Bakıda xal itirə bilərik.
Mehman SÜLEYMANOV

0
0