Azərbaycanlı jurnalistlər Vyanada qəzaya düşdülər
06.10.2010 - 21:40
Azərbaycanlı jurnalistlər Vyanada qəzaya düşdülər
Milli komandamızın Avstriya ilə oyununa ezam olunan azərbaycanlı jurnalistlər Vyanada xoşagəlməz halla üzləşiblər. Apasport.az saytının xəbərinə görə, bu gün yerli vaxtla 18:45-də “Ernst Happel” stadionunda yığmamızın açıq məşqçini izlədikdən sonra mətbuat nümayəndələrini otelə aparan avtomobil qəzaya düşüb.

Belə ki, jurnalistlərin yer aldığı “Mercedes Sprinter” markalı mikroavtobusunu “Volsvagen Jetta” arxadan vurub. Hər iki avtomobilə ciddi zərər dəysə də, xoşbəxtlikdən jurnalistlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, Vyanaya ezam olunan jurnalistlər arasında apasport.az saytının əməkdaşı da var.