“Premyer Liqada əvvəlki gərginliyi görmürəm”
07.10.2010 - 11:12
“Ayağımda zədəm var. İndi onu müalicə etdirirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun sabiq futbolçusu Kənan Kərimov deyib. Yayda “Qəbələ”dən ayrıldıqdan sonra Qərb təmsilçisinə keçən hücumçu 2 oyundan sonra komandanın düşərgəsini tərk edib.
Klubla müqaviləsini qarşılıqlı şəkildə pozan futbolçu ayrılmasının səbəbini açıqlamayıb. Hələlik fərdi şəkildə çalışan Kərimov hansısa klubun düşərgəsinə yollanmaq haqqında düşünmür: “Formamı saxlamaq üçün hərdən fərdi şəkildə qaçıram. Hər hansı klubun məşq prosesində iştirak etmək haqqında düşünmürəm. Qışa qədər zədəmi sağaltmağa çalışacam”.
Premyer Liqanın oyunlarını da izləyən hücumçu əvvəlki gərginliyin şahidi olmadığını vurğulayıb: “Oyunları izləyirəm. Əksər matçları televiziya vasitəsilə seyr edirəm. Sözün düzü, gözlədiyim gərginliyi görmürəm. Sonuncu dəfə “Xəzər Lənkəran” – “Bakı” oyununa baxdım. Palçıqlı meydanda oynadıqlarına görə, hansısa baxımlı oyunun şahidi olmadım. Fikrimcə, həmin oyunda “Xəzər Lənkəran” qələbə qazanmalı idi”.

0
0