Mpenza: Baş məşqçinin mənə ehtiyacı olarsa, çox sevinərəm
07.10.2010 - 12:29
“Bilirəm ki, Belçikada mənə olan maraq itməkdədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Emil Mpenza deyib.
Vaxtilə Belçika yığmasının şərəfini qoruyan 32 yaşlı hücumçu hazırda milli komandaya dəvət almır. Əsas fikrini “Neftçi”nin uğurlarına yönəldən Mpenzanın özü üçün də artıq yığma arxa plandadır: “Hələ İsveçrədə oynadığım vaxt yığmamızın sabiq baş məşqçisi Dik Advokat məni milliyə çağırdı. Lakin sonra o bunu etmədi. Düşünürdüm ki, mənim üçün yığma karyera başa çatıb. Mən Advokatın rəhbərliyi altında 2 matça çıxdım. Əgər yığmanın, baş məşqçinin bundan sonra mənə ehtiyacı olarsa, buna çox sevinərəm. Hərçənd mən Azərbaycanda, Bakıda oynayıram və yığma əsas hədəfim deyil”.
Klubunu yığmadan daha çox düşünməsinə baxmayaraq Emil imkan düşən kimi yenidən “Qırmızı iblislər”in formasını geyməyin də əleyhinə deyil: “Bilirdim ki, Advokat yığmada qalacağı halda bir də məni çağırmayacaq. O ki, qaldı indiki çalışdırıcı Jorj Leekensə, onunla “Muskron” klubundan yaxşı tanışıq. Lakin bu münasibətlərə görə yığmaya çağırılmağımı istəmirəm. Bu mənim özümün əleyhinə olar. Yəqin ki, Leekens mənə şans verib, yoxlamaq üçün növbəti yoldaşlıq görüşünü gözləyir”.
Emil özü kimi gənc olmayan futbolçuların oynadığı yığmadan niyə kənar qaldığını araşdırmaq niyyətinə də düşüb: “Advokatın gedişindən sonra yığmaya çağırılmamağımın səbəbini araşdırmaq üçün Belçikaya gəldim. Lakin verilən cavab məni qane etmədi. Dedilər ki, komandada gənclər oynayacaq. Lakin görürəm ki, yaşlılar da dəvət alıb. Bu məni məyus etdi”.

0
0