Kamal Ələkbərov da “Turan”a lazım olmadı
07.10.2010 - 14:26
“Daha bir futbolçu ilə yollarımızı ayırmışıq. Söhbət komandanın təcrübəli futbolçusu olan Kamal Ələkbərovdan gedir”. Bu sözləri Tovuzun “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.
Bir müddət əvvəl 5 legionerlə yollarını ayıran klub rəhbərliyi son oyunlardakı səhvlərinə görə, Kamal Ələkbərovun da xidmətindən imtina edib. Növbəti oyunun hazırlığını Tovuzda davam etdirən əyalət təmsilçisinin zədəli oyunçusu Muammer Erdoğdu sabah ölkəmizə gələcək. Şəxsi həkiminin yanına gedən legioner müalicəsini başa vurub.
Bu arada Tovuz şəhər stadionunda yenidənqurma işləri gedir. Daha doğrusu, klub rəhbərliyi stadionun ərazisində daha 4 meydança olmasına lazım bilib: “Başımız tikinti işlərinə qarışıb. Stadionun ərazisində 4 meydança olacaq. Onlardan ikisi süni, bir o qədəri təbii ot örtüklü olacaq. Ot örtüklü meydançanın üstü örtülü olacaq”.

0
0