Sadıq Sadıqov: Zaur Tağızadəni öz istəyi ilə “Neftçi”nin məşqçisi təyin etdik
07.10.2010 - 16:02
Bakının “Neftçi” klubunun sabiq kapitanı Zaur Tağızadə məşqçilik fəaliyyətinə başlayıb. Apasport.az saytının məlumatına görə, bu yay futbolçu karyerasını bitirən 31 yaşlı yarımmüdafiəçi “Neftçi”nin əvəzedici komandasının məşqçisi təyin olunub. Tağızadə uzun müddət “ağ-qaralar”da və yığmada bir yerdə oynadığı baş məşqçi İqor Getmanın köməkçisi olacaq.
Klubun bazasında "Neftçi”nin rəhbərliyinin və məşqçilər korpusunun iştirak etdiyi mərasimdə yeni məşqçini təqdim edən prezident Sadıq Sadıqov Tağızadənin müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən güclü oyunçulardan biri olduğunu bildirib: "Zaurun xüsusi təqdimata ehtiyacı yoxdur. O, Azərbaycan futbolunda "Qızıl oğlan" kimi ad qazanıb. Onun "Neftçi"nin uğurlarında əməyi böyükdür. Tağızadəni diqqətimizdən kənar saxlaya bilməzdik. Özünün də istəyi ilə ona "Neftçi"nin əvəzedici heyətinin məşqçisi vəzifəsini etibar etdik. İnanıram ki, Zaurun məşqçiliyi də futbolçu karyerası kimi parlaq olacaq".
Zaur klub prezidentinə ona göstərilən etimada görə təşəkkürünü bildirib: "Futboldan, xüsusilə də "Neftçi"dən ayrı qalmaq mənə çətin idi. Artıq məşqçi kimi doğma komandama kömək etmək qərarına gəldim. Sağ olsun Sadıq müəllim, təklifimi dərhal qəbul elədi. Klub rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam".
Tədbirdə həmçinin Tağızadə üçün vida görüşünün keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb. Sadıqov bu görüşün yüksək səviyyədə təşkil olunması üçün müvafiq tapşırıqlar verib.
Mənbə: neftchifc.com

0
0