Jaba: Kamran Ağayevi 20 oyunluq cəzalandırmalı idilər
07.10.2010 - 16:19
“Mənə düzgün cəza verilməyib. Bu qərar çox utancvericidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun braziliyalı futbolçusu Jaba deyib. Premyer Liqanın VIII turunda “Xəzər Lənkəran”ın qonağı olan Bakının eyniadlı təmsilçisi meydandan xalla (1:1) ayrılsa da, əsas hücumçusunu itirib.
Belə ki, oyunun 74-cü dəqiqədə rəqibini vurmağa cəhd etdiyinə görə baş hakim Fariz Yusifovun qırmızı vərəqə göstərdiyi Jabaya AFFA-nın İntizam Komitəsi tərəfindən 4 oyunluq cəza verilib. Bunun haqsız olduğunu deyən braziliyalı öz hərəkəti ilə “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin hərəkətinin eyni cəzaya layiq görülməsini düzgün hesab etmir: “Oyunu hər kəs izləyib. Mən rəqibi vurmadım. Oyuna tez başlamaq istəyirdim, o da topu vermirdi. Ancaq mənimlə Kamran Ağayevə eyni cür cəza verilməsi düzgün deyil. Hərəkətimin cəzası maksimum 1-2 oyundur. Əgər mənə 4 oyunluq cəza verirlərsə, onda gərək Kamrana 20 matçlıq cəza versinlər. Bu qərar çox gülməlidir. Göydən Allah baxır, hər kəsin cəzasını özü verəcək”.
Şəxsi həyatı barədə də danışan Jaba artıq ailəsinin Bakıya gəldiyini bildirib: “Bacım, həyat yoldaşım və yenicə dünyaya gələn övladım artıq Bakıda, yanımdadırlar. Onların burda olmasından məmnunam”.

0
0