“Qarabağ” hazırlığa 15 futbolçusuz başladı
07.10.2010 - 17:04
“Qarabağ” hazırlığa 15 futbolçusuz başladı
Ağdamın “Qarabağ” klubu Avro-2012-in seçmə oyunları səbəbindən yaranmış fasiləni başa vuraraq, məşqlərini bərpa edib. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, “Simurq”la oyunun hazırlıqlarına başlayan klubun heyətində müxtəlif yığmalara çağırılan 12 futbolçu iştirak etməyib. Bundan əlavə, zədəli Əfran İsmayılov və Ayxan Abbasov çalışmalara qatılmayıb, türkiyəli Devran Ayhan isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 12-də “Neftçi” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.