Yığmamızın İspaniyada ikinci qələbəsi
08.10.2010 - 08:56
Avropa çempionatının ilkin seçmə mərhələsinə hazırlıq məqsədilə İspaniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri əvvəlcədən xəbər verildiyi kimi yerli “Kadis” klubu ilə qarşılaşıblar. İlk oyunda “Xeres”ə qalib gələn futbolçularımız bu dəfə də meydandan qələbə ilə ayrılıblar – 2:1. Komandamızın heyətində Tərlan Quliyev və Elnur Abdulov fərqlənib.
Qeyd edək ki, yığmamızın “Xeres”lə oyunda komandamız 3:1 hesabı ilə qalib gəlmişdi.
Mənbə: affa.az
Qeyd edək ki, yığmamızın “Xeres”lə oyunda komandamız 3:1 hesabı ilə qalib gəlmişdi.
Mənbə: affa.az
0
0