Braziliyalılar yenə coşdu
08.10.2010 - 09:16
Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan görüşlərdə qalib gələn komandalar rəqib qapısından 3 qol keçiriblər. Beşqat dünya çempionları Braziliya futbolçuları İran yığması ilə üz-üzə gəlib. Cənubi amerikalılar rəqib qapısından 3 cavabsız qol keçiriblər. Danni Alveş 14-cü dəqiqədə fərqlənib. Asiyalılar ikinci hissədə pentakampeonların hücumlarına tab gətirməyərək daha iki qol buraxıblar. Əvvəl Aleşandro Pato (69-cu dəqiqə), sonra isə Nilmar (90-cı dəqiqə) rəqib qapısına yol tapıb.
İki Cənubi Amerika təmsilçisinin üz-üzə gəldiyi Boliviya – Venesuela qarşılaşmasında isə gözlənilməz nəticə qeydə alınıb. Öz meydanında istənilən rəqibə başağrı olan meydan sahibləri 1:3 hesabı ilə uduzublar. Qonaqlar matçın taleyini elə ilk yarıda həll ediblər. Çourio 10 və 37, Vizkarrondo 28-ci dəqiqədə qol sevinci yaşayıb. Meydan sahiblərinin təsəlli qolunun müəllifi olan Martins isə 59-cu dəqiqədə fərqlənib.

0
0