İqor Mitreski: Ümid edirəm ki, “Neftçi” ilə də çempion olacağam
08.10.2010 - 09:59
İqor Mitreski: Ümid edirəm ki, “Neftçi” ilə də çempion olacağam
“Neftçi”də işlərim normal gedir. Bu klubla müqavilə bağlamışam. İşlərimizin necə getməsindən çox razıyam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun makedoniyalı futbolçusu İqor Mitreski deyib.

“Ağ-qaralar”ın bu yay transfer etdiyi təcrübəli müdafiəçi əsas heyətdə yerini möhkəmlədib. Uzun müddət Moskva “Spartak”ında oynadığı zamanı çoxsaylı mükafatlar qazanan, Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Mitreski Rusiyada olduğu kimi, Azərbaycanda da ölkə çempionluğunu qazanmaq istəyir: “Hələ ki 1-ci yerdə gedirik. Ümid edirəm ki, bu ruhda davam edəcəyik və çempionatı 1-ci yerdə bitirəcəyik. Məni zədələr narahat etmir, əhval-ruhiyyəm əladır. Buna görə də indi məndə hər şey yaxşıdır”.

Yığmada 54 oyuna 1 qol vuran İqor gələn həftə Rusiya millisi ilə ev oyununa çıxacaq. Onu ardıcıl ikindi dəfə şimal qonşularımızla bir qrupa düşməsi üzüb: “Azərbaycanda yaşadığım evdə “NTV+”i telekanalını göstərən peyk antenası var. Ona görə də Rusiyadakı oyunlara daim baxıram. Bu günlərdə “Spartak”ın evdə Slovakiyanın “Jilina” klubuna böyük hesabla qalib gəlməsinə sevindim. Ancaq yenidən Rusiya yığması ilə bir qrupa düşməyimizə məyus oldum. Çünki bu, çox güclü komandadır. Bu, yalnız təkcə mənim fikrim deyil. Çox futbolçularımız da belə deyir. Nə edək, püşk belə alınıb, hazırlaşıb və oynamaq lazımdır. İndi bizi iki çətin oyun gözləyir. Əvvəl Andorra, sonra Rusiya yığması ilə. Həm səfərdə, həm evdə asan olmayacaq. Rusiyaya qalib gəlsək, əla olardı. Əlbəttə, yenidən Moskvada olmaq baxımından ruslarla görüşmək yaxşıdır. Moskva haqda gözəl xatirələrim qalıb. Axı mən 4 ili burada ailəmlə keçirmişəm. Həyat belə alınıb ki, indi digər çempionatda oynayıram. Ancaq açığı, Rusiya üçün darıxıram. Böyük məmnuniyyətlə yenidən bu ölkəyə gələcəyəm”.