Ronaldinyo “Fənərbaxça” ilə gizli danışıqlar üçün İstanbula gəlib
08.10.2010 - 11:08
Ronaldinyo “Fənərbaxça” ilə gizli danışıqlar üçün İstanbula gəlib
“Fənərbaxça” klubu dünya futbolunun ulduzu Ronaldinyonu transfer edir. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Milan” klubunda oynayan 30 yaşlı braziliyalı hücumameylli yarımmüdafiəçi “Fənər”in dəvəti ilə bu günlərdə gizlicə İstanbula gəlib və klubun qonağı olub. Rəhbərliklə birgə bazanı, stadionu və İstanbulu gəzən Ronaldinyo iki gün qaldıqdan sonra İtaliyaya qayıdıb. Qış fasiləsində “Milan”la yollarını ayırmaq fikrində olan braziliyalı gələn ilin yanvarında artıq “Fənərbaxça”nın futbolçusu olacağı deyilir. İstanbullulardan aldığı təklifə çox yaxşı baxan Ronaldinyo qəti qərarı dövrlərarası fasilədə verəcək. “Milan” müqaviləsi mövsümün sonunda bitəcək Ronaldinyonu sərbəst buraxmamaq üçün 6 ay qalmış satıb, pul qazanmağı planlaşdırır.