Mərakeş yığmasının futbolçusu Azərbaycan çempionunun hədəfində - FOTO
08.10.2010 - 12:04
Mərakeş yığmasının futbolçusu Azərbaycan çempionunun hədəfində - FOTO
Bakının “İnter” klubu Bolqarıstanın “Levski” klubunun müdafiəçisi Şakib Benzukana elçi düşüb. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, paytaxt təmsilçisi mərakeşli müdafiəçi üçün qarşı tərəfə 500 min avro ödəməyə hazırdır.

Bolqarıstan mətbuatının yazdığına inansaq, “bankirlər”in prezidenti Georgi Nikolov 24 yaşlı müdafiəçi üçün 500 min avro ödəməyə razılıq verib. 2007-ci ildən Sofiya klubunun şərəfini qoruyan Şakib 30 oyunda meydana çıxıb və fərqlənə bilməyib. 2009-cu ildən Mərakeş milli komandasına dəvət alan gənc müdafiəçi yığmanın heyətində 3 oyun keçirib.