Federasiya prezidenti bütün futbol hakimlərini cəzalandırdı
08.10.2010 - 14:27
Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanla güclülər dəstəsi klublarının rəhbərləri arasında görüşdə misli görünməmiş qərar qəbul olunub. Apasport.az saytının məlumatına görə, tədbirdə güclülər dəstəsinin oyunlarını idarə edən hakimlərin hamısının yarışdan kənarlaşdırılması qərara alınıb.
Federasiyanın mətbuat xidmətinin əməkdaşı Tiqran İsraelyan görüşdə baş verənləri belə açıqlayıb: “Federasiya prezidenti bildirdi ki, Ermənistan çempionatının güclülər dəstəsinin oyunlarının idarəçiliyindən narazıdır. O, klub rəhbərlərinə məlumat verib ki, indiki çətin vəziyyəti nəzərə alaraq hazırda güclülər dəstəsinin oyunlarını idarə edən hakimlərin xidmətindən imtina etmək, onlara yüksək dəstədə bir də güvənməmək qərara alınıb”.
İsraelyan onu da bildirib ki, Ayrapetyan hakimlərsiz qalacaq çempionatın baş tutması üçün variant da təklif edib: “Uşaq-gənclər arasında təşkil olunan turnirlərin iştirakçısı olan hakimləri güclülər dəstəsinə cəlb ediləcəyini bildirən Ayrapetyan onların bu işin öhdəsindən qərəzsiz gələcəyinə ümid etdiyini vurğulayıb. O, klub rəhbərlərindən xahiş edib ki, gənc hakimlərə dəstək olsunlar”.
Federasiya rəsmisi qurum başçısının əcnəbi hakimlərin də əleyhinə olmadığını bildirib: “Ayrapetyan klubların nəzərinə çatdırdı ki, cari mövsüm sona yaxınlaşdığından, qarşılaşmalar böyük əhəmiyyət kəsb edir. O, ehtiyac olacağı və klubların razılaşacağı halda əcnəbi hakimlərin çağırılmasını təklif etdi. Bütün klub rəhbərləri də bu qərarla razılaşdı”.
Ermənistan çempionatının son oyunlarındakı hakimlik bir sıra mübahisələrə səbəb olub. Yarışın lideri “Banants”ın “Mika” ilə görüşündə hakim birincilərin xeyrinə iki dəfə penalti təyin etməklə yanaşı onların qapısına vurulan iki qolu hesaba almayıb. Bundan sonra Hakimlər Komitəsinin sədri Ararat Çaqaryan hakimin ən azı “Mika”nın qollarının birində səhv etdiyini etiraf etmişdi.

0
0